2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1 248,2 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 66,2 ton və ya 5,6% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 182 ton təşkil edib.
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 319,4 ton təşkil edib ki, bu da illik müqayisədə 175,7 ton və ya 2,2 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 143,7 ton olub.