2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1 906,8 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 478,6 ton və ya 20,1% azalıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 2 385,4 ton təşkil edib.
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 560,2 ton təşkil edib ki, bu da illik müqayisədə 366 ton və ya 2,8 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 194,2 ton olub.