“Tibb işçilərinin daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır. Hazırda ölkə üzrə tibb işçilərinə ödənilən əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır”.
Eləcə də bax: Dövlət Agentliyi: Şikayətçi həkim bir ildə 25 min manat - Maaş Alıb
FED.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O qeyd edib ki, layihədə həkimlərin, tibb bacılarının və digər işçilərə əməkhaqlarının verilməsi qaydalarında da yeniliklər var: “Bu yeniliklərdə əvvəlki ödəniş verilməsi qaydalarından bir az da yüksək rəqəmlərdir. Bu layihə tətbiq olunacaq. Eyni zamanda tibb işçilərinə ödəniləcək əlavələrdə də artımlar gözlənilir. Bu artım yeni sistemdə xəstəxanaların kateqoriyasına uyğun müəyyənləşir. Müəyyənləşdikdən sonra əmək haqlarında artımlar müşahidə olunacaq”. (Report)