İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloq Kəmalə Namazovanın əməkhaqqı ilə bağlı fikirlərinə münasibət bildirib.
Eləcə də bax: Həkimlərə "koronavirus əlavələri"nin azalmasının - RƏSMİ SƏBƏBİ AÇIQLANDI
Agentlikdən FED.az-a verilən məlumata görə, K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində ötən ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub.
Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir. Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib.
Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur:
Cədvəl
Aylar |
İş günlərinin sayı |
İş saatlarının sayı |
VTC dərəcəsi |
VTC maaşı |
Misli |
1 günə/saata düşən məbləğ |
Məbləğ |
Mart 2020 |
3 |
24 |
14 |
423,00 |
5,00 |
2,64 |
316,85 |
Aprel 2020 |
30 |
240 |
14 |
423,00 |
5,00 |
13,35 |
3204,00 |
May 2020 |
31 |
248 |
14 |
423,00 |
5,00 |
3,16 |
3914,33 |
İyun 2020 |
30 |
240 |
14 |
423,00 |
5,00 |
2,66 |
3192,45 |
İyul 2020 |
31 |
248 |
14 |
423,00 |
5,00 |
2,42 |
2997,26 |
Avqust 2020 |
21 |
168 |
14 |
423,00 |
5,00 |
2,64 |
2220,75 |
Noyabr 2020 |
25 |
300 |
14 |
423,00 |
5,00 |
2,64 |
3965,63 |
Dekabr 2020 |
31 |
248 |
14 |
423,00 |
5,00 |
2,42 |
2997,26 |
Yanvar 2021 |
15 |
120 |
14 |
423,00 |
5,00 |
2,96 |
1774,83 |
Mart 2021 |
3 |
18 |
14 |
423,00 |
5,00 |
3,13 |
282,00 |
YEKUN: |
24 865,36 |
K.Namazovanın çalışdığı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar.
Qaydaya əsasən səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 18 dərəcə üzrə müəyyən edilir.
Həkim anestezioloq-reanimatoloq K.Namazovanın 14-cü dərəcə üzrə vəzifə (tarif) maaşı 423,00 manatdır. K.Namazovaya həkim anestezioloq-reanimatoloq ixtisası üzrə çalışdığı üçün sözügedən Qaydaya uyğun olaraq vəzifə (tarif) maaşından əlavə 480,00 manat aylıq sabit həvəsləndirici əlavə, hər anesteziyaya görə aparılmış xidmətlər üzrə isə tətbiq edilən tarifin 5%-i həcmində aylıq həvəsləndirici əlavənin verilməsi müəyyən edilib.
Bundan əlavə, reanimasiya, intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşının 15%-i miqdarında əlavə hesablanır.
Nəzərinizə çatdırırıq ki, hazırda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrində optimallaşdırma tədbirləri görülür, yeni struktur və ştat cədvəlləri hazırlanır. Tibb müəssisələrində çalışan əməkdaşlar üçün icbari tibbi sığorta ilə bağlı həvəsləndirici əlavələr yeni ştat cədvəli təsdiq edildikdən sonra, lakin aprel ayının 1-dən hesablanaraq ödəniləcəkdir. Yəni aprel ayından ştat cədvəli təsdiq ediləcək aya qədər olan dövr üçün bütün həvəsləndirici əlavələrin ödənişi təmin olunacaqdır. Ştat cədvəli təsdiq edilənədək əməkdaşlar əvvəlki qaydada tarif maaşı və qanunvericilikdə nəzərdə tutulmuş digər əlavələri alırlar.