Azərbaycanda yanğınla mübarizə və xilasetmə avadanlıqları sahəsində fəaliyyət göstərən «Fire Safety Caspian Azerbaijan» MMC şirkəti Səhiyyə İşçiləri Günü münasibətilə maraqlı aksiya keçirib.
Beynəlxalq Bank Tibb İşçiləri üçün - YENİ GÜZƏŞTLƏRƏ BAŞLAYIR!
2018-ci ildən fəaliyyətə başlayan «Fire Safety Caspian Azerbaijan» MMC Xəzər regionunda Britaniya standartlarına uyğun olaraq yanğınla mübarizə və xilasetmə avadanlıqlarının təmini və təchizi sahəsində fəaliyyət göstərir.
Şirkətin əsas fəaliyyət istiqamətlərinə yanğından mühafizə sistemlərinin, yanğın mühafizə siqnalizasiyasının layihələndirilməsi və quraşdırılması, yanğından mühafizə avadanlıqları və vasitələri (yanğınsöndürmə balonları və.s) üzrə müxtəlif növ xidmətlərin (alqı-satqı, müayinə, bərpa, təmir, doldurulma və.s) həyata keçirilməsi daxildir.
Şirkət təsis olunduğu qısa müddət ərzində böyük uğurlar əldə etmiş, Azərbaycanda fəaliyyət göstərən bir çox nəhəng şirkətlərlə əməkdaşlıq etməyə və onlara öz fəaliyyət sahəsində uğurla xidmət göstərməyə müvəffəq olmuşdur. Belə ki, «FSCA» MMC-nin əməkdaşlıq etdiyi və xidmət göstərdiyi şirkətlər arasında Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR-Fugro” MMC, Caspian Marine Services (CMS), Caspian Drilling Company Birgə Müəssisəsi (CDC), “BOS SHELF” MMC, “Facility Management Group” MMC, "PMD PROJECTS" MMC kimi böyük şirkətlər mövcuddur.
Eləcə də bax: Daha iki xəstəxana - KARANTİN XƏSTƏXANASINA ÇEVRİLİB
Hazırda bütün dünya üzrə gündəmi zəbt edən əsas məsələ Covid-19 (koronavirus) pandemiyasıdır və bununla mübarizənin ön cəbhəsində hər bir ölkənin səhiyyə sistemi dayanır. Azərbaycanda virusa qarşı bu mübarizədə ən böyük məsuliyyət səhiyyə işçilərinin üzərinə düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda virusla mübarizədə həyata keçirilən ciddi tədbirlər sırasında səhiyyə işçilərinin gərgin əməyinin qiymətləndirilməsi də vardır.
Koronavirsula mübarizədə səhiyyə işçilərinin olduqca məsuliyyətli fəaliyyətinə «Fire Safety Caspian Azerbaijan» MMC də öz dəstəyini və tövhəsini verib.
Belə ki, digər hər bir müəssisə kimi tibb müəssisələri də yanğıdan mühafizə avadanlıqları ilə təchiz olunur. Qanunvericiliyə əsasən yanğından mühafizə vasitələri daima saz vəziyyətdə olmalı, onların istifadəyə tam yararlı olmasına mütəmadi nəzarət olunmalıdır. Sözügedən tələblərə uyğun olaraq “FSCA” MMC öz təşəbbüsü ilə Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində yanğınsöndürmə balonlarının yoxlanılmasını, doldurulmasını və saz vəziyyətə gətirilməsini təmənnasız olaraq həyata keçirib.
Aralarında kollektivimizin üzvlərinin yaxın insanları olan səhiyyə işçilərini 17 iyun Səhiyyə İşçiləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, bu şərəfli, bir o qədər də məsuliyyətli fəliyyətlərində uğurlar arzu edirik!
Bu çətin dövrdə vətəndaşlarımızın sağlamlığı üçün əzm və qətiyyətlə, yorulmadan apardıqları mübarizəyə görə onlara dərin təşəkkür edirik!