Ucar Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.
Eləcə də bax: "Semaşko"da yalnız koronavirus xəstələri - MÜALİCƏ OLUNACAQ
FED.az xəbər verir ki, Ucar RMX bu gündən koronaviruslu xəstələri qəbul edəcək.
Məlumatı TƏBİB-dən təsdiqləyiblər.
***
15:38
Bu gündən Göyçay Rayon Mərkəzi Xəstəxanası "COVİD-19"la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.
FED.az xəbər verir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov bu səhiyyə ocağının qapılarının iyunun 19-da vətəndaşların üzünə bağlanması və koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanası kimi fəaliyyətə başlaması, eləcə də insanların bu gün səhər saatlarından etibarən içəri buraxılmaması ilə bağlı yaranan narazılıqlara görə Göyçay sakinlərinə müraciət edib, hamını anlayışlı və səbrli olmağa çağırıb.
Direktor bildirib ki, xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Göyçay Ailə Sağlamlıq Mərkəzində isə şəkərli diabet, ruhi-əsəb, onkoloji və vərəm xəstərinin qəbulu və müvafiq dərmanlarla təchizatı təşkil olunub. Bundan əlavə, müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən Göyçay sakinləri, eləcə də avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay RMX-da 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Göyçayın kəndlərindəki həkim tibb məntəqələri fəaliyyətini əvvəlki kimi davam etdirəcək. (Apa)