"Son dövrlər Avropa İttifaqına ixrac olunan fındıq məhsulunda aflatoksinin aşkarlanması halları artıb. Bu ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb, 2 partiyaya isə Avropa İttifaqı tərəfindən notifikasiya göndərilib".
Eləcə də bax: AQTA sədri sahibkarlara - XƏBƏRDARLIQ EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O, fındıqda aflatoksinin yaranma səbəblərini də açıqlayıb: “Aparılan araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır”.
Q.Təhməzli xatırladıb ki, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.