"Bəzən sahibkarlar xaricə ixrac etmək istədikləri məhsulların fitosanitar qaydalarına ciddi əməl etmir. Hətta elə hal olur ki, virusa görə yoxlanışdan keçməyən digər məhsullar onların məhsullarının arasında aşkar olunur".
Eləcə də bax: Azərbaycan yanvar-sentyabrda pomidor ixracını - 23% AZALDIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri ölkə xaricində məhsul ixrac etmək istəyən sahibkarlara müraciət edib: "İş adamları əgər başqa ölkələrə kənd təsərrüfatı məhsullarını ixrac etmək istəyirlərsə Agentliyə müraciət edə bilərlər. Onlara lazımi köməkliyini göstərilməsi tərəfimizdən təmin olunacaq. Əmin ola bilərlər ki, bu sahədə heç bir maneəçiliklə qarşılaşmayacaqlar".
Q.Təhməzli bildirib ki, 360 min ton məhsulun il sonuna qədər ixracı nəzərdə tutulub: "120 min tona yaxın pomidor artıq ixrac olunub. Fitosanitar nəzarət tədbirləri nəticəsində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiyaya ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46%, kartof ixracında 23%, xiyar və kornişon ixracında 35%, şaftalı və nektarin ixracında 182%, qarpız ixracında 144%, təzə üzüm ixracında 178%, gavalı və göyəm ixracında 33%, nar ixracında 17%, çiyələk ixracında 117%, armud ixracında isə 192% artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub".