Türkiyənin "Aktif Pharma" şirkəti Azərbaycanda dəstəkləyici tibbi məhsulların istehsalına başlayıb.
FED.az xəbər verir ki, "Aktif Pharma" şirkətinin fabrikinin açılış mərasimi keçirilib.
Azərbaycanın dərman bazarının həcmi açıqlandı - 850 MİLYON DOLLAR!
Fabrikin açılışı mərasimində Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, Abşeron İcra Başçısının müavini Gülnar Rəhimova, MUSİAD Azərbaycan-ın İdarə Heyətinin sədri Rəşad Cabirli, şirkətin direktoru Faiq Bayramov, üzvlər, məsləhətçilər, şirkət əməkdaşları və qonaqlar iştirak ediblər.
“Aktif Pharma” şirkəti Azərbaycanda ilk dəfə olaraq vitaminlər, minerallar, prebiyotiklər və simbiotiklər kimi məhsullarla zənginləşdirilmiş bütün qida əlavələrinin istehsalını həyata keçirir.
Bununla yanaşı, şirkət digər inqrediyentlərin də istehsalını da hədəfləyir.
"Active Pharma" kimya, əczaçılıq və tibb sənayesi şirkəti Türkiyədə 16 illik təcrübəyə malik peşəkar komanda ilə bioloji aktiv qida əlavələri, gigiyenik və kosmetik məhsulların istehsalı ilə məşğuldur. Şirkət tərəfindən kapsul, tablet, şərbət, damcı, sprey, paket, blister və krem kimi bütün məhsul qrupları istehsal olunur.