Azərbaycanın əczaçılıq bazarının illik həcmi 850 milyon dollar təşkil edir. Bunun böyük hissəsi idxal hesabına təmin edilir.
Apteklərdə qiymətlər - BUNA GÖRƏ BAHADIR
FED.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Hindistan əczaçılıq şirkətlərinin biznes görüşündə Tədbirdə «Pharmexil» şirkətinin direktoru Lakşmi Prasanna bildirib.
«Azərbayanın illik 850 milyon dollarıq həcminə malik olan əczaçılıq bazarında əsas yeri idxal tutur. Bura Türkiyə, Avropa, Çin və Rusiyadan idxal aiddir. Hindistan isə ümumi idxalın 4-5%-ni tutur və idxalçı ölkələr arasında 6-cı yerdədir»-deyə o bildirib.
Hindistan nümaynədəsi bildirib ki, Azərbaycan əhalisinin keyfiyyətli və əlçatan dərmanlara çıxışını təmin etmək üçün Azərbaycan hökumətinin səylərini dəstəkləmək üçün Hindistan həll yollarını təqdim edə bilər. Bu sahədə Hindistan qurumları Azərbaycanın səlahiyyətli qurumları ilə işləməyi arzu edirlər.
Tədbirdə Azərbaycanla əlaqələr qurmaq istəyən Hindistanın 46 şirkət təmsil olunur.
Tədbir çərçivəsində biznes görüşləri keçiriləcək və Hindistan tərəfi ümid edir ki, göüşlərdə təkcə dərman alqı-satqısı deyil, uzunmüddətli əməkdaşlıqla yanaşı, birgə müəssisələrin yaradılması məsələlərini də müzakirə edəcəklər.