Grand View Research-in məlumatına əsasən, Qlobal rəqəmsal səhiyyə bazarının həcmi 2024-cü ildə 288.55 milyard ABŞ dolları qiymətləndiriib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABB-nin "Səhiyyə Sektorunda Mövcud Vəziyyət və İnkişaf Tendensiyaları" araşdırmasına istinadən xəbər verir.
Qlobal geyilə bilən tibbi cihazlar bazarının həcmi 2024-cü ildə 42.74 milyard ABŞ dolları qiymətləndirilmişdir və 2025–2030-cu illər ərzində orta illik artım tempi 25.53% olmaqla 2030-cu ildə 168.29 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Qlobal səhiyyədə IoT cihazları bazarının həcmi isə 2023-cü ildə 44.21 milyard ABŞ dolları qiymətləndirilib.
2024–2030-cu illər ərzində bazarın orta illik artım tempi 21.2% olmaqla 2030-cu ildə 169.99 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bazarın böyüməsinə əsasən xəstələri izləmək üçün smartfonlar, ağıllı cihazlar və geyilə bilən texnologiyalardan istifadənin artmı təsir göstərir.










