Qlobal olaraq, 60 yaşdan yuxarı şəxslərin sayı 2050-ci ilə qədər 2 milyarddan çox olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABB-nin "Səhiyyə Sektorunda Mövcud Vəziyyət və İnkişaf Tendensiyaları" araşdırmasına istinadən xəbər verir.
OECD ölkələrində 2021-ci ildə əhalinin 18%-i 65 yaşdan yuxarı idi, 2050-ci ilə qədər isə bu göstəricinin 27%-ə çatacağı proqnozlaşdırılır. 2021-ci illə müqayisədə OECD ölkələrində 80 və yuxarı yaşlı əhalinin payı 2050-ci ilə qədər iki dəfə artaraq 4.8%-dən 9.8%-ə yüksələcək. Bu isə çoxsaylı xəstəliklər və uzunmüddətli xidmətlər tələbatını artırır.
2030-cu ilə qədər qlobal səhiyyə xidmətlərinə tələbin yaşlanan əhali səbəbindən 30% artacağı gözlənilir. Gözlənilən ömür uzunluğu 2019-cu ildəki 72.6-dan 2020 və 2021-ci illərdə pandemiyanın pik nöqtəsində 70.9-a düşərək 2024-cü ildə 73.3 yaşa çatıb. Buna baxmayaraq sağlam ömür uzunluğu azdır – yəni insanlar artan müddətdə sağlam həyat sürmürlər.
ÜST*-ün 2024-cü ildə nəşr olunmuş ən son “Qlobal Səhiyyə Xərcləri” hesabatına əsasən 2022-ci ildə qlobal səhiyyə xərcləri 9.8 trilyon ABŞ dolları olub ki, bu da qlobal ÜDM-in 9.9%-i təşkil edib. OECD ölkələri 2024-cü ildə səhiyyə sektoruna ÜDM-in təxminən 9.3%-ni xərcləyib ki, bu da pandemiya dövrünün pik səviyyəsindən aşağı olsa da, 2020-ci ildən əvvəlki dövrdən daha yüksəkdir.










