Regionlar

Zaqatalada xurma "seli" - PUL QAZANACAQLAR

Zaqatalada xurma "seli" - PUL QAZANACAQLAR | FED.az
08:09 26 Okt 2018

Zaqatala rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Builki mövsümdə rayonda xurma istehsalının 6 min tona çatacağı proqnozlaşdırılır.

FED.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 385 hektardır. Bu bağların 320 hektarı barverəndir. Ötən il xurma bağlarından 5 min 521 ton məhsul tədarük olunub. Rayonda istehsal olunan xurmanın böyük hissəsi satış üçün Rusiya bazarlarına ixrac edilir.

Son illər rayonda yeni xurma bağlarının salınmasına diqqət artıb. Yeni bağlar salınarkən daha çox “Şişburun” xurma sortuna üstünlük verilir.

Digər xəbərlər