Azərbaycanın regionlarında xarici valyutada yerləşdirilən əmanətlərin gəlirlilik dərəcələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xarici valyuta əmanətləri üzrə ən yüksək faizlər əsasən işğaldan azad edilmiş və qərb iqtisadi regionlarında təklif olunur.
Cəmi (ümumi portfel) üzrə ən yüksək göstərici Şərqi Zəngəzur iqtisadi regionunda qeydə alınıb. Bu regionda xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 2,92% olub, portfelin həcmi isə 44 min təşkil edib.
Gəncə-Daşkəsən iqtisadi regionu 2,36% orta faiz dərəcəsi və 25 milyon 280 min portfel həcmi ilə ikinci sırada qərarlaşıb.
Qazax-Tovuz iqtisadi regionunda faiz dərəcəsi 2,18%, əmanət portfeli isə 9 milyon 184 min olub.
Mərkəzi Aran iqtisadi regionunda xarici valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 2,13%, portfel həcmi 8 milyon 592 min təşkil edib.
İlk beşliyi Mil-Muğan iqtisadi regionu 1,95% orta faiz dərəcəsi və 1 milyon 918 min portfel həcmi ilə tamamlayıb.
Tələb olunanadək (cari hesablar) üzrə ən yüksək faiz yalnız Bakı iqtisadi regionunda qeydə alınıb. Bu regionda cari valyuta hesabları üzrə orta faiz dərəcəsi 0,12% olub, portfelin həcmi isə 1 milyard 995 milyon 354 min təşkil edib.
Digər bütün iqtisadi regionlarda tələb olunanadək xarici valyuta hesabları üzrə faiz dərəcəsi 0%-ə bərabər olub.
Müddətli əmanətlər üzrə ən yüksək faiz yenə Şərqi Zəngəzur iqtisadi regionunda qeydə alınıb. Bu regionda orta faiz dərəcəsi 3,90%, əmanət portfelinin həcmi isə 33 min olub.
Naxçıvan iqtisadi regionunda müddətli valyuta əmanətləri üzrə faiz dərəcəsi 3,47%, portfel həcmi 2 milyon 163 min təşkil edib.
Qazax-Tovuz iqtisadi regionu 3,34% orta faiz dərəcəsi və 6 milyon 13 min portfel həcmi ilə üçüncü sırada yer alıb.
Şirvan-Salyan iqtisadi regionunda müddətli valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 3,27% olub.
Siyahını Mil-Muğan iqtisadi regionu 3,25% orta faiz dərəcəsi və 1 milyon 149 min portfel həcmi ilə tamamlayır.









