Regionlar üzrə xarici valyutada yerləşdirilən əmanətlərin ən aşağı faizlə qəbul edildiyi iqtisadi regionlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bəzi regionlarda valyuta əmanətləri üzrə gəlirlilik səviyyəsi digər iqtisadi regionlarla müqayisədə daha aşağı olub. Cari hesablarda isə gəlirlilik demək olar ki, yoxdur.
Cəmi (ümumi portfel) üzrə ən aşağı faiz göstəricisi Şəki-Zaqatala iqtisadi regionunda qeydə alınıb. Bu regionda xarici valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 1,45% olub, portfelin həcmi isə 16 milyon 179 min manat təşkil edib.
Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi regionları 1,49% orta faiz dərəcəsi ilə ikinci və üçüncü sıraları bölüşürlər.
Quba-Xaçmaz iqtisadi regionunda xarici valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 1,60%, portfelin həcmi isə 11 milyon 273 min manat olub.
Dağlıq Şirvan iqtisadi regionunda bu göstərici 1,69%, əmanət portfeli isə 3 milyon 109 min manat təşkil edib.
Tələb olunanadək (cari hesablar) üzrə ən aşağı faiz dərəcəsi Bakı iqtisadi regionu istisna olmaqla, digər bütün regionlarda qeydə alınıb. Belə ki, paytaxtdan kənar bütün regionlarda xarici valyutada olan cari hesablar üzrə gəlirlilik 0,00% təşkil edib (Bakıda bu rəqəm 0,08%-dir).
Müddətli əmanətlər üzrə ən aşağı faiz göstəricisi Dağlıq Şirvan iqtisadi regionunda qeydə alınıb. Bu regionda müddətli xarici valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 2,80%, portfelin həcmi isə 1 milyon 875 min manat olub.
Lənkəran-Astara iqtisadi regionu 3,03% orta faiz dərəcəsi və 3 milyon 910 min manat portfel həcmi ilə ikinci sırada yer alıb.
Şəki-Zaqatala iqtisadi regionu 3,04% orta faiz dərəcəsi və 7 milyon 717 min manat portfel həcmi ilə üçüncü sırada qərarlaşıb.
Quba-Xaçmaz iqtisadi regionunda müddətli xarici valyuta əmanətləri üzrə orta faiz dərəcəsi 3,08% olub.
Siyahını Qarabağ iqtisadi regionu 3,12% orta faiz dərəcəsi və 2 milyon 467 min manat portfel həcmi ilə tamamlayır.










