Tovuz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
FED.az xəbər verir ki, icra başçısı Məmməd Məmmədovun imzaladığı əmrlə Şakir Rüstəmov icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini təyin edilib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda işdən çıxarılan nazir müavini - İNTİHAR EDİB
Xatırladaq ki, bu ilin iyunun 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.