Banner

Regionlar

Tikinti məhsullarından hansı rayon nə qədər qazanır? – SİYAHI, MƏBLƏĞLƏR

Tikinti məhsullarından hansı rayon nə qədər qazanır? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
16:10 13 Dek 2018
Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-sentyabr ayları üçün regionlar üzrə tikinti sahəsindən əldə edilən gəlirin məbləğini açıqlayıb.

FED.az Statistika Komitəsinə istinadən bildiri ki, Bakı şəhəri üzrə tikinti sahəsindən əldə edilən gəlir  4 mlrd 275 mln 371,4 min manat olub.
Bakı şəhərini nəzərə almasaq əgər tikinti sahəsi üzrə daha çox gəlir əldə edən 10 rayon aşağdakı cədvəldə əks olunub.


Eləcə də bax: Nazirlik püşkatma ilə 145 ailəyə mənzil verdi

Cədvəldə olan tikinri məhsullarına  görə ən çox gəlir edən 10 rayonun cəmi gəliri 1 mlrd 614 mln 87 min manatdır və bu rayonların cəmi gəlirlərinin Bakı şəhəri üzrə əldə olunan gəlirlərdə payı 37,75%-dir. Bu rayonlardan təkcə Naxçıvan şəhərinin tikinti sahəsindən əldə etdiyi gəlir yarım milyarddır.
 
Rayonlar Tikinti sahəsi üzrə gəlir (min manat)
Naxçıvan 481 609,2
Sumqayıt 225 017,1
Gəncə 181 204,8
Ağcabədi 168 597,8
Abşeron 150 841,1
Xızı 110 015,7
Xaçmaz 85 639,2
Sabirabad 78 198,2
Ağdaş 72 598,2
Şərur 60 365,8
Yekun 1 614  087
 
Rayonlar üzrrə tikint sahəsindən ən az gəlir edən rayonlar Laçın (1 mln 292,4 min manat), Cəbrayıl (2 mln 957,1 min manat), Şuşa (3 mln 771,1 min manat) olub.
İşğal altında olan rayonları nəzərə almasaq tikinti sahəsində ən az gəlir edən 10 rayon aşağdakı cədvəldə göstərilib.

Bu rayonlardan tikinti sahəsi üzrə ən az gəliri Saatlı rayonu əldə edib. Bundan əlavə bu 10 rayonun tikinti sahəsi üzrə cəmi gəliri 154 mln 952 min manat təşkil edib və bu məbləğin Bakı .əhəri üzrə əldə oluan gəlirdə payı 3,62%-dir.

 
Rayonlar Tikinti sahəsi üzrə gəlir (min manat)
Naftalan 6 160,3
Saatlı 9 803,6
Göyçay 12 649,4
Samux 15 091,9
Sədərək 15 607,0
Ağsu 17 964,9
Daşkəsən 18 063,7
Şahbuz 18 997,7
Zaqatala 19 805,6
Zərdab 20 808,4
Yekun 154 952
 
 

 

Digər xəbərlər

Banner