2023-cü ildə işğaldan azad edilmiş Şərqi Zəngəzurun iqtisadiyyatına investisiya qoyuluşu 3 milyard 955.19 milyon manata yüksəlib.
FED.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Şərqi Zəngəzur iqtisadi rayonunun əsas kapitalına yönəldilmiş investisiyaların həcmi illik müqayisədə 83% artım deməkdir.
İqtisadi rayona daxil olan Laçın və Kəlbəcər rayonlarına investisiya qoyuluşunun həcminə görə Bakı şəhərindən sonra ikinci və üçüncü yerləri tutub. Laçın rayonuna investisiyaların həcmi illik müqayisədə 1 milyrad 286 milyon manat və ya 5.6 dəfə artaraq 1 milyard 563 milyon manata, Kəlbəcər rayonuna isə 514 min manat və ya 2,4 dəfə artaraq 879 milyon 512 min manata yüksəlib.
Bununla yanaşı Qubadlı rayonuna 282 milyon 70 min manat, Cəbrayıl rayonuna 639 milyon 254 min manat, Zəngilan rayonuna isə 590 milyon 612 min manata sərmayə yatırılıb.
İllik müqayisədə Qubadlı rayonuna yatırılmış investisiyalar 110 min manat (64%), Cəbrayıl rayonunda 26 min manat (4%), artsa da, Zəngilan rayonunda 140 min manat və ya 19% azalıb.
|
2023 |
2022 |
|
|
Şərqi-Zəngəzur İqtisadi rayonu |
3 955 190 |
2 157 897 |
1 797 294 |
83% |
Laçın rayonu |
1 563 743 |
277 193 |
1 286 550 |
5,6 dəfə |
Kəlbəcər rayonu |
879 512 |
365 105 |
514 408 |
2,4 dəfə |
Qubadlı rayonu |
282 070 |
171 794 |
110 276 |
64% |
Cəbrayıl rayonu |
639 254 |
613 090 |
26 163 |
4% |
Zəngilan rayonu |
590 612 |
730 714 |
-140 103 |
-19% |
Şərqi Zəngəzur iqtisadiyyatınındakı əsas vəsaitlərə sərmayələrin 3 milyard 749 milyon 665 min manatı tikinti və quraşdırmaya yönəldilib. Bu da illik müqayisə ilə 1 milyard 624 milyon 943 min manat və ya 76% artıb.
Laçın rayonuna investisiyaların həcmi illik müqayisədə 1 milyrad 226 milyon manat və ya 5.4 dəfə artaraq 1 milyard 502 milyon manata, Kəlbəcər rayonuna isə 509 milyon 761 min manat və ya 2,4 dəfə artaraq 874 milyon manata yüksəlib.
Bununla yanaşı Qubadlı rayonuna 279 milyon 383 min manat, Cəbrayıl rayonuna 506 milyon 16 min manat, Zəngilan rayonuna isə 587 milyon 664 min manata yaxın sərmayə yatırılıb.
İllik müqayisədə Qubadlı rayonuna yatırılmış investisiyalar 108 milyon 930 min manat (64%) artıb, Cəbrayıl rayonunda 91 milyon 131 min manat (15%), Zəngilan rayonunda 128 milyon 682 min manat və ya 18% azalıb.
|
2023 |
2022 |
|
|
Şərqi Zəngəzur iqtisadi rayonu |
3 749 665 |
2 124 722 |
1 624 943 |
76% |
Laçın rayonu |
1 502 394 |
276 330 |
1 226 064 |
5,4 dəfə |
Kəlbəcər rayonu |
874 208 |
364 447 |
509 761 |
2,4 dəfə |
Qubadlı rayonu |
279 383 |
170 453 |
108 930 |
64% |
Cəbrayıl rayonu |
506 016 |
597 147 |
-91 131 |
-15% |
Zəngilan rayonu |
587 664 |
716 346 |
-128 682 |
-18% |