Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda restoranların və kafelərin dövriyyəsi 1 milyard 668 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bunun da 1 milyard 146 milyon manatı paytxat Bakının payına düşüb.
Sumqayıt şəhərində iaşə dövriyyəsi 44,3 milyon manata,Gəncədə 35,4 milyon manata, Qəbələdə 22,8 milyon manata, Lənkəranda 21,8 milyon manata bərabər olub.
Ümumilikdə 19 şəhər və rayonda restoranların dövriyyəsi 10 milyon manatdan yüksək olub.
Hesabat dövründə ən aşğı dövriyyə Füzulidə (32 min manat) və Ağdam (42 min manat) olmaqla qeydə alınıb.