Banner

Regionlar

Regional inkişaf proqramı fərqli formatda olmalıdır – EKSPERT

Regional inkişaf proqramı fərqli formatda olmalıdır – EKSPERT | FED.az
13:43 29 Yan 2019

Bu gün prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda 2014-2018-ci illər üzrə regionların inkişafı üzrə dövlət proqramının yekunlarına həsr edilən konfrans keçirilib.

 

FED.az xəbər verir ki, konfransada proqram çərçivəsində görülən işlər və əldə edilən nəticələr müzakirə edilib. Qeyd edək ki, müzakirə edilən sənəd, Azərbaycanda regionların sosial iqtisadi inkişafı ilə bağlı 3-cü proqramdır.

 

Bir qədər əvvəl – Nazirlər Kabinetinin  2018-ci ilin yekunlarına həsr edilən iclasında dövlət başçısı regionların inkişvfı üzrə yeni proqramın hazırlandığını və yaxın vaxtlarda qəbul ediləcəyini  bildirib.

 

Ekspertlər daha effektiv olması üçün yeni proqramın fərqli formatda hazırlanmasını vacib sayrılar. İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ilk növbədə, hər bir iqtisadi region üzrə ayrıca proqram işlənməli və həmin proqramlarda aşağıdakılar əks olunmalıdır:

 

1) Proqramda hər bir regionun spesifikası nəzərə alınmaqla fürsətlər, təhdidlər, zəif və güclü tərəflər (SWOT analiz),

 

2) Siyasi, hüquqi, iqtisadi, sosial, texnoloji və institusional mühit amillər (PESTLE analiz)

 

3) Hədəflər, hədəflər yönəlik fəaliyyətlər, hədəflərə çatmanı ölçmək üçün yekun göstəricilər

 

4) Hər bir fəaliyyət üzrə tələb olunan resurslar.

 

«Məhz bu standartlara uyğun hazırlanacaq regional inkişaf proqramları yeni dövrün tələblərinə uyğun proqramlar sayıla bilər-deyə ekspert bildirib. Bundan başqa, ekspet bildirir ki, bu proqramlar bütün maraqlı tərəflərin - vətəndaş cəmiyyəti və media, ixtisaslaşmış ekspertlər, biznes icmasının geniş və ortaq müzakirəsinin yekunu kimi ortaya çıxmalıdır.

 

Digər xəbərlər

Banner