2019-cu ildə Quba rayonuna 44,8 milyon manat özəl sərmayə yatırılıb.
Eləcə də bax: Azərbaycanda ən çox «pul qazanan» - İCRA HAKİMİYYƏTLƏRİ AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə fevralın 3-də prezident İlham Əliyevin iştirakı ilə regionların inkişafına həsr olunmuş konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev bildirib.
Onun sözlərinə görə, rayonda fındıqçılığın inkişafı üçün görülən işlər nəticəsində 2060 hektar yeni fındıq bağı salınıb, burada 1500 nəfər işlə təmin edilib.
Ötən il Qabada 5 minə yaxın yeni iş yeri açılıb ki, onun 3,7 mini daimidir.
İcra başçısı bildirib ki, sahibkarlığa yaradılan şərait nəticəsində öən il rayona 44.8 milyon manat özəl investisiya yatırılıb.
Quba ölkənin ən yazşı inkişaf etmiş turizm potensialına malikdir. Rayonda 51 otel fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi davam edir.