Qaya parçası düşməsi nəticəsində bağlanan Quba-Qonaqkənd yolunda hərəkət bərpa olunub.
FED.az verir ki, əraziyə ağır texnikalar gətirilib, qaya parçası doğranaraq ərazidən götürülüb.
Yolda hərəkət qismən bərpa edilib. Hazırda yolun hərəkət hissəsində qalan qaya parçalarının da kənarlaşdırılması istiqamətində işlər görülür (Apa).