Bu ilin birinci yarısının yekunlarına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında muzdlu işçilərin ümumi sayı 86 min 431 nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Muzdlu işçilərin sayına görə ən yüksək göstərici Qarabağ iqtisadi rayonunun Bərdə rayonunda qeydə alınıb ki, burada 16 min 286 nəfər muzdlu işçi var. Sonrakı yerlərdə Ağcabədi rayonu (13 271 nəfər) və Ağdam rayonu (12 738 nəfər) qərarlaşıb. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə ən çox işçi isə Laçın rayonundadır (7 392 nəfər).
Ən az muzdlu işçisi olan inzibati ərazi vahidi isə Ağdərə rayonudur - cəmi 134 nəfər. Bu siyahıda həmçinin Xankəndi şəhəri (1 104 nəfər), Xocavənd rayonu (1 397 nəfər) və Xocalı rayonu (1 460 nəfər) da yer alır.
İqtisadi rayonlar və inzibati ərazi vahidləri |
2025 I Yarımil (Nəfər) |
Qarabağ iqtisadi rayonu |
65 099 |
Bərdə rayonu |
16 286 |
Ağcabədi rayonu |
13 271 |
Ağdam rayonu |
12 738 |
Füzuli rayonu |
8 795 |
Tərtər rayonu |
7 329 |
Şuşa rayonu |
2 585 |
Xocalı rayonu |
1 460 |
Xocavənd rayonu |
1 397 |
Xankəndi şəhəri |
1 104 |
Ağdərə rayonu |
134 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
21 332 |
Laçın rayonu |
7 392 |
Kəlbəcər rayonu |
5 869 |
Cəbrayıl rayonu |
3 446 |
Qubadlı rayonu |
2 533 |
Zəngilan rayonu |
2 092 |
İllik müqayisə isə bəzi rayonlarda kəskin dəyişikliklərin olduğunu göstərir. Ən böyük artım Xankəndi şəhərində qeydə alınıb. Burada muzdlu işçilərin sayı ötən ilin eyni dövründəki 33 nəfərdən 1 104 nəfərə yüksələrək 33 dəfəyə yaxın artıb. Həmçinin Xocalı (+329 nəfər), Cəbrayıl (+208 nəfər) və Ağdərə (+20 nəfər) rayonlarında da işçilərin sayında artım müşahidə edilib.
Bunun əksinə olaraq, ən böyük azalma Füzuli (-723 nəfər), Laçın (-697 nəfər), Kəlbəcər (-581 nəfər) və Bərdə (-408 nəfər) rayonlarında baş verib. Ümumilikdə, hər iki iqtisadi rayon üzrə ötən illə müqayisədə muzdlu işçilərin sayında cüzi azalma qeydə alınıb.
İqtisadi rayonlar və inzibati ərazi vahidləri |
2025 I Yarımil (Nəfər) |
2024 I Yarımil (Nəfər) |
İllik Fərq (Nəfərlə) |
İllik Dəyişim (Faizlə) |
Qarabağ iqtisadi rayonu |
65 099 |
65 482 |
-383 |
-0,6% |
Bərdə rayonu |
16 286 |
16 694 |
-408 |
-2,4% |
Ağcabədi rayonu |
13 271 |
13 477 |
-206 |
-1,5% |
Ağdam rayonu |
12 738 |
13 026 |
-288 |
-2,2% |
Füzuli rayonu |
8 795 |
9 518 |
-723 |
-7,6% |
Tərtər rayonu |
7 329 |
7 466 |
-137 |
-1,8% |
Şuşa rayonu |
2 585 |
2 577 |
+8 |
+0,3% |
Xocalı rayonu |
1 460 |
1 131 |
+329 |
+29,1% |
Xocavənd rayonu |
1 397 |
1 446 |
-49 |
-3,4% |
Xankəndi şəhəri |
1 104 |
33 |
+1 071 |
+33 dəfə |
Ağdərə rayonu |
134 |
114 |
+20 |
+17,5% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
21 332 |
22 623 |
-1 291 |
-5,7% |
Laçın rayonu |
7 392 |
8 089 |
-697 |
-8,6% |
Kəlbəcər rayonu |
5 869 |
6 450 |
-581 |
-9,0% |
Cəbrayıl rayonu |
3 446 |
3 238 |
+208 |
+6,4% |
Qubadlı rayonu |
2 533 |
2 668 |
-135 |
-5,1% |
Zəngilan rayonu |
2 092 |
2 178 |
-86 |
-3,9% |