Ölkə üzrə 152 min 348 POS-terminalın təxminən 62%-i – 94 min 384 ədədi Bakı iqtisadi rayonunun payına düşür.
FED.az bu barədə Azərbaycan Beynəlxalq Bankına istinadən xəbər verir.
Reytinqdə ikinci və üçüncü pillələri 9 min 813 terminalla Abşeron-Xızı və 6 min 294 terminalla Gəncə-Daşkəsən iqtisadi rayonları tutur. Lənkəran-Astara (5 min 697), Mərkəzi Aran (5 min 337) və Şəki-Zaqatala (5 min 325) regionlarında da POS-terminal şəbəkəsi əhəmiyyətli dərəcədə inkişaf edib.
Ödəniş infrastrukturunun ən az inkişaf etdiyi region isə cəmi 194 POS-terminalla Şərqi Zəngəzur iqtisadi rayonudur.
Sıra |
Regionun adı |
POS-terminalların cəmi sayı |
1 |
Bakı iqtisadi rayonu |
94,384 |
2 |
Abşeron-Xızı iqtisadi rayonu |
9,813 |
3 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
6,294 |
4 |
Lənkəran-Astara iqtisadi rayonu |
5,697 |
5 |
Mərkəzi Aran iqtisadi rayonu |
5,337 |
6 |
Şəki-Zaqatala iqtisadi rayonu |
5,325 |
7 |
Quba-Xaçmaz iqtisadi rayonu |
4,779 |
8 |
Qarabağ iqtisadi rayonu |
4,318 |
9 |
Qazax-Tovuz iqtisadi rayonu |
4,272 |
10 |
Naxçıvan iqtisadi rayonu |
3,543 |
11 |
Şirvan-Salyan iqtisadi rayonu |
3,149 |
12 |
Mil-Muğan iqtisadi rayonu |
3,175 |
13 |
Dağlıq Şirvan iqtisadi rayonu |
2,068 |
14 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
194 |