2024-cü illə müqayisədə 2025-ci ildə Azərbaycanın rayon və şəhərlərində pərakəndə ticarət dövriyyəsində müşahidə olunan kəskin artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir sıra regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ticarət fəallığı dəfələrlə yüksəlib.
Siyahıya ən yüksək artım göstəricisi işğaldan azad olunmuş rayonları çıxdıqda
2025-ci il üzrə Azərbaycanın regionlarında pərakəndə ticarət dövriyyəsində müşahidə olunan artım dinamikası açıqlanıb. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əvvəlki illə müqayisədə bir çox rayon və şəhərdə ticarət fəallığı yüksələrək müsbət nəticələr nümayiş etdirib.
Təqdim olunan statistikaya əsasən, ən yüksək artım göstəricisi Masallı rayonuna məxsusdur; burada dövriyyə 570 milyon 821 min manatdan 684 milyon 144 min manata yüksələrək 113 milyon 323 min manat, yəni 19,9 faiz artıb. Sumqayıt şəhərində bu göstərici 324 milyon 598 min manatlıq artımla (17,2 faiz) 2 milyard 210 milyon 415 min manata çatıb. Naxçıvan Muxtar Respublikasında ticarət dövriyyəsi 153 milyon 806 min manat artaraq 1 milyard 366 milyon 340 min manata (12,7 faiz), Abşeron rayonunda isə 176 milyon 190 min manatlıq artımla (12,1 faiz) 1 milyard 632 milyon 171 min manata yüksəlib.
Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:
Şuşa rayonunda 1 milyon 424 min manatlıq və ya 10,3 faizlik artımla dövriyyə 15 milyon 184 min manata çatıb.
Bərdə rayonunda 69 milyon 190 min manatlıq (10 faiz) artımla göstərici 763 milyon 208 min manata yüksəlib.
Lerik rayonunda 12 milyon 24 min manatlıq (9,6 faiz) artım qeydə alınıb.
Bakı şəhərində 3 milyard 546 milyon 636 min manatlıq (9,4 faiz) artımla dövriyyə 41 milyard 302 milyon 892 min manata çatıb.
Zaqatala rayonunda 25 milyon 557 min manatlıq (8,5 faiz) artım olub.
Qazax rayonunda isə 25 milyon 960 min manatlıq (8,4 faiz) yüksəlişlə ticarət dövriyyəsi 336 milyon 630 min manata çatıb.
Lakin işğaldan azad olunmuş rayonlar daxil edilərsə bu siyahıya Xocalı rayonu rəhbərlik edir. Burada ticarət dövriyyəsi 2 milyon 136 min manatdan 11 milyon 49 min manata yüksələrək 8 milyon 913 min manat, yəni 5,2 dəfə artıb. Xankəndi şəhərində göstərici 8 milyon 401 min manatdan 15 milyon 185 min manata çataraq 6 milyon 784 min manat (80,8 faiz) yüksəlib. Kəlbəcər rayonunda isə ticarət dövriyyəsi 5 milyon 843 min manatdan 9 milyon 577 min manata yüksələrək 3 milyon 734 min manat, yəni 63,9 faiz artıb.
Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:
Ağdərə rayonunda 568 min manatlıq və ya 54,8 faizlik artımla dövriyyə 1 milyon 36 min manatdan 1 milyon 604 min manata çatıb.
Laçın rayonunda 5 milyon 12 min manatlıq və ya 40,3 faiz artımla göstərici 12 milyon 431 min manatdan 17 milyon 443 min manata yüksəlib.
Cəbrayıl rayonunda 8 milyon 143 min manatlıq (37,6 faiz) artımla ticarət dövriyyəsi 21 milyon 630 min manatdan 29 milyon 774 min manata çatıb.
Siyahının davamında Füzuli rayonunda 14 milyon 303 min manatlıq (15,4 faiz) artım qeydə alınıb.











