2023-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ölkə üzrə ümumilikdə təqribən 59 milyard manat təşkil edib.
- Azərbaycanda iaşə dövriyəsinin həcminin dinamikasına görə - RAYONLARIN VƏ ŞƏHƏRLƏRİN RENKİNQİ (2023)
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Pərakəndə ticarət dövriyyəsi ən böyük göstəricisi 35,7 milyard manatla Bakı şəhərində qeydə alınıb.
Sumqayıtda 1,8 milyard manat, Gəncədə 1,5 milyard manat, Abşeronda isə 1,4 milyard manat olub.
Növbəti 3 rayonda isə bu göstərici 700 milyon manatdan yüksək, 800- milyon manatdan aşağıdır.
Həmin rayonlara Lənkəran (777,6 milyon manat), Şəmkir (712,7 milyon manat) və Xaçmaz rayonları (707,9 milyon manat) daxildir.
Pərakəndə ticarət dövriyyəsinin ən aşağı göstəricisi Xızı (30,1 milyon manat), Naftalan şəhəri (36,6 milyon manat) üzrə qeydə alınıb.