2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 14,6 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən ən yüksək dövriyyə paytaxt Bakı şəhərinin payına düşüb - 8,8 milyon manat.
Bakıdan sonra ikinci yerdə 477,9 min manatla Sumqayıt şəhəri gəlir.
Gəncə şəhəri 392,6 min manatla 3-cüdür.
Abşeron rayonunda isə pərakəndə ticarət dövriyyəsinin həcmi 347,1 min manata yaxınlaşıb. 2 rayonun dövriyyəsi 200 min manatdan, daha 17 rayonun dövriyyəsi 100 min manatdan yüksək olub.
Məsələn Lənkəran rayonunda ümumi dövriyyə 215,5 min manat, Quba rayonunda 205,3 min manat, Şəki rayonunda 179,4 min manat, Şəmkir rayonunda 177,7 min manat, Bərdə rayonunda 160,1 min manat, Xaçmazda isə 154,4 min manat təşkil edib.
Hələlik ən aşağı dövriyyə işğaldan azad edilmiş rayonlardadır.