2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 62,2 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən ən yüksək dövriyyə paytaxt Bakı şəhərinin payına düşüb - 37,7 milyon manat.
Bakıdan sonra ikinci yerdə 1,9 milyon manatla Sumqayıt şəhəri gəlir.
Gəncə şəhəri 1,6 milyon manatla 3-cüdür.
Abşeron rayonunda isə pərakəndə ticarət dövriyyəsinin həcmi 1,5 milyon manata yaxınlaşıb. 4 rayonun dövriyyəsi 700 min manatdan, daha 4 rayonun dövriyyəsi 600 min manatdan yüksək olub.
Məsələn Lənkəran rayonunda ümumi dövriyyə 799,3 min manat, Şəmkir rayonunda 737,9 min manat, Quba rayonunda 726,8 min manat, Xaçmazda isə 721,7 min manat təşkil edib.
Bundan başqa Bərdə rayonunda pərakəndə ticarət dövriyyəsi 694 min manat, Cəlilabadda 686,1 min manat, Tovuzda 673,5 min manat, Şəkidə isə 604,3 min manat dəyərində olub.