2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə yeni təyin olunmuş pensiyaların orta aylıq məbləğinin müqayisəli dinamikası açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 1-i tarixinə olan məlumatlarla müqayisə edildikdə, Azərbaycan Respublikası üzrə təyin olunmuş pensiyaların orta aylıq məbləği 46 manat və ya 9,4% artaraq 2024-cü ildəki 494 manatdan 2025-ci ildə 540 manata yüksəlib.
Renkinqə təyin olunmuş pensiyaların orta aylıq məbləğinin illik faiz artımına görə ən yüksək dinamika ilə 56 manat və ya 12,4% artımla Naxçıvan Muxtar Respublikası başçılıq edir. Belə ki, Naxçıvan MR-də orta pensiya məbləği 450 manatdan 506 manata yüksəlib.
İkinci yerdə Bakı şəhəri qərarlaşıb ki, burada orta pensiya məbləği 65 manat və ya 9,7% artaraq 675 manatdan 740 manata çatıb.
Ağdaş rayonu və Gəncə şəhəri hər biri 34 manat və ya 8,8% artımla üçüncü yerləri bölüşüb. Naftalan şəhəri isə 34 manat və ya 8,7% artımla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Sumqayıt şəhəri (35 manat və ya 8,4% artım), Sabran rayonu (33 manat və ya 8,4% artım), Şuşa rayonu (35 manat və ya 8,3% artım), Daşkəsən rayonu (33 manat və ya 8,3% artım) və Hacıqabul rayonu (33 manat və ya 8,3% artım) yer alıb.










