2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur. İxrac olunan məhsulun həcmində də artım var.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib. Ötən il ölkədən ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub. Bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur (Azərtac).