Cari ilin dekabrın ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,4 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 212,9 manat olub.
Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin bölgələr üzrə sayına gəlincə, paytaxt Bakı bu siyahıda birincidir. Belə ki, Bakıda işsiz statusu olan şəxslərin sayı 16 603-dür.
Eləcə də bax: Azərbaycanın ən güclü və ən zəif rayonları – MƏLUM OLDU, SİYAHI
Daha sonra Aran iqtisadi rayonu üzrə 4171, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2073, Abşeron iqtisadi rayonu üzrə 1813, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1267, Lənkəran iqtisadi rayonu üzrə isə 1188 nəfər işsiz statusu olan şəxslərdir.