Neftçala rayonunun təsərrüfatlarında yazlıq əkin işləri davam edir.
Fermerlər əlverişli hava şəraitindən yararlanaraq tarla işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.
FED.az xəbər verir ki, indiyədək 1495,2 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin payızlıq və yazlıq olmaqla, 1251,5 hektarını yonca, 102,6 hektarını kartof, 31,1 hektarını tərəvəz, 110 hektar vələmir təşkil edib. Əkin prosesi davam edir (AzərTac).