Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib.
FED.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC-nin direktoru Qoca Əmiraslanov tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.