Azərbaycanda milli valyutada kredit qoyuluşunun ən yüksək olduğu iqtisadi rayonlar müəyyənləşib.
FED.az xəbər verir ki, ümumi portfel, eləcə də qısamüddətli və uzunmüddətli kreditlər üzrə milli valyutada verilən kreditlərin məbləği bəzi regionlarda kifayət qədər yüksək həddədir.
Cəmi (Ümumi portfel) üzrə milli valyutada ən yüksək məbləğlər:
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir – 18 milyard 753 milyon 475 min manat (14,27%).
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – 1 milyard 175 milyon 531 min manat (16,83%).
Gəncə-Daşkəsən iqtisadi rayonu 881 milyon 745 min manat (18,06%) həcmlə üçüncü sırada yer alıb. Lənkəran-Astara iqtisadi rayonunda məbləğ 713 milyon 723 min manat (19,64%) olub.
İlk beşliyi Mərkəzi Aran iqtisadi rayonu (598 milyon 585 min manat və ya 19,84%) tamamlayır.
Qısamüddətli kreditlər üzrə:
Lider Bakı iqtisadi rayonudur – 3 milyard 764 milyon 833 min manat (13,82%).
Abşeron-Xızı iqtisadi rayonu 70 milyon 641 min manat (15,87%) ilə ikinci olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 44 milyon 105 min manat (17,75%) göstərici ilə üçüncü yerdə qərarlaşıb. Lənkəran-Astara iqtisadi rayonu 30 milyon 84 min manat (19,60%) həcmlə dördüncüdür.
Beşliyi Şəki-Zaqatala iqtisadi rayonu (28 milyon 372 min manat və ya 16,36%) tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Burada da lider Bakı iqtisadi rayonudur – 14 milyard 988 milyon 642 min manat (14,34%).
Abşeron-Xızı iqtisadi rayonu 1 milyard 104 milyon 890 min manat (16,89%) göstərici ilə ikinci olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 837 milyon 640 min manat (18,01%) nəticə ilə üçüncü yerdə qərarlaşıb. Lənkəran-Astara iqtisadi rayonunda həcm 683 milyon 640 min manat (19,65%) təşkil edib.
Siyahını Mərkəzi Aran iqtisadi rayonu (576 milyon 749 min manat və ya 19,85%) tamamlayır.










