Milli valyutada əmanətlərin regionlar üzrə bölgüsü açıqlanıb. İqtisadi regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cəmi (ümumi portfel) üzrə ən yüksək göstərici Bakı iqtisadi regionunda qeydə alınıb. Bu regionda milli valyutada yerləşdirilən əmanətlərin həcmi 9 milyard 211 milyon 650 min manat təşkil edib. Hesablamalara əsasən, orta faiz dərəcəsi 6,63% olub.
Abşeron-Xızı iqtisadi regionu 505 milyon 189 min manat göstərici ilə ikinci sırada qərarlaşıb. Bu region üzrə orta faiz dərəcəsi 7,82%-ə bərabər olub.
Gəncə-Daşkəsən iqtisadi regionunda əmanətlərin həcmi 239 milyon 667 min manat olub, orta faiz dərəcəsi isə 7,16% təşkil edib.
Quba-Xaçmaz iqtisadi regionunda cəlb olunmuş əmanətlərin məbləği 153 milyon 118 min manat, orta faiz dərəcəsi 6,50% olub.
İlk beşliyi Lənkəran-Astara iqtisadi regionu 143 milyon 481 min manat göstərici və 6,29% orta faiz dərəcəsi ilə tamamlayıb.
Tələb olunanadək əmanətlər üzrə də lider mövqedə Bakı iqtisadi regionu qərarlaşıb. Bu regionda əmanətlərin həcmi 3 milyard 455 milyon 668 min manat olub. Orta faiz dərəcəsi 0,62% təşkil edib.
Abşeron-Xızı iqtisadi regionunda tələb olunanadək əmanətlər 136 milyon 964 min manat olub, orta faiz dərəcəsi 0,29%-ə bərabər olub.
Gəncə-Daşkəsən iqtisadi regionu 81 milyon 60 min manat göstərici ilə üçüncü yerdə qərarlaşıb, orta faiz dərəcəsi isə 0,47% olub.
Şəki-Zaqatala iqtisadi regionunda bu göstərici 60 milyon 516 min manat, orta faiz dərəcəsi 0,34% təşkil edib.
Beşliyi Quba-Xaçmaz iqtisadi regionu 60 milyon 15 min manat və 0,19% orta faiz dərəcəsi ilə tamamlayıb.
Müddətli əmanətlər üzrə də ən yüksək həcm Bakı iqtisadi regionunda qeydə alınıb. Bu kateqoriya üzrə əmanətlərin həcmi 5 milyard 755 milyon 982 min manat olub, orta faiz dərəcəsi 10,24%-ə bərabər olub.
Abşeron-Xızı iqtisadi regionunda müddətli əmanətlər 368 milyon 225 min manat təşkil edib, orta faiz dərəcəsi 10,62% olub.
Gəncə-Daşkəsən iqtisadi regionunda bu göstərici 158 milyon 607 min manat, orta faiz dərəcəsi isə 10,57% təşkil edib.
Quba-Xaçmaz iqtisadi regionunda müddətli əmanətlərin həcmi 93 milyon 103 min manat, orta faiz dərəcəsi 10,57% olub.
Siyahını Lənkəran-Astara iqtisadi regionu 84 milyon 207 min manat və 10,60% orta faiz dərəcəsi ilə tamamlayır.









