Azərbaycanda milli valyutada verilən kreditlərin faiz dərəcələrinin ən yüksək olduğu iqtisadi rayonlar məlum olub.
FED.az xəbər verir ki, ümumi portfel, eləcə də qısamüddətli və uzunmüddətli kreditlər üzrə faizlər bəzi regionlarda yüksək həddədir.
Cəmi (Ümumi portfel) üzrə milli valyutada ən yüksək faizlər:
Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir – 20,19% (207 milyon 816 min manat).
İkinci yerdə Şirvan-Salyan iqtisadi rayonu qərarlaşıb – 20,07% (453 milyon 353 min manat).
Mərkəzi Aran iqtisadi rayonu 19,84% (598 milyon 585 min manat) göstərici ilə üçüncü sırada yer alıb. Qarabağ iqtisadi rayonunda faiz dərəcəsi 19,75% (525 milyon 945 min manat) olub.
İlk beşliyi Lənkəran-Astara iqtisadi rayonu (19,64% və ya 713 milyon 723 min manat) tamamlayır.
Qısamüddətli kreditlər üzrə:
Bu kateqoriya üzrə lider Dağlıq Şirvan iqtisadi rayonudur – 21,18% (6 milyon 501 min manat).
Qazax-Tovuz iqtisadi rayonu 19,91% (26 milyon 70 min manat) ilə ikinci olub.
Şirvan-Salyan iqtisadi rayonu 19,77% (11 milyon 622 min manat) üçüncü yerdə qərarlaşıb. Mərkəzi Aran iqtisadi rayonu 19,64% (21 milyon 836 min manat) göstərici ilə dördüncüdür.
Beşliyi Lənkəran-Astara iqtisadi rayonu (19,60% və ya 30 milyon 84 min manat) tamamlayır.
Uzunmüddətli kreditlər üzrə:
Burada da liderlik Dağlıq Şirvan iqtisadi rayonuna məxsusdur – 20,16% (201 milyon 315 min manat).
Şirvan-Salyan iqtisadi rayonu 20,07% (441 milyon 731 min manat) ilə ikinci sırada yer alıb.
Mərkəzi Aran iqtisadi rayonu 19,85% (576 milyon 749 min manat) göstərici ilə üçüncü olub. Mil-Muğan iqtisadi rayonunda faiz 19,83% (318 milyon 296 min manat) təşkil edib.
Siyahının ilk beşliyini Qarabağ iqtisadi rayonu (19,78% və ya 499 milyon 362 min manat) tamamlayır.










