Regionlar

Məşhur supermarket Qəbələdə mağaza açacaq

Məşhur supermarket Qəbələdə mağaza açacaq | FED.az
19:50 15 Okt 2018

"Bazarstore" MMC Qəbələdə 2-ci mağazasını açacaq.

FED.az "Marja"ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı elandan məlum olur.

Mağaza Qəbələdə Səməd Vurğun küçəsi 1 (Təhsil Şöbəsinin yanı) ünvanında fəaliyyət göstərəcəkdir. Artıq Qəbələdə açılacaq mağaza üçün işə qəbul elan edilib.

"Bazarstore" şəbəkəsi "Makromart" şəbəkəsini aldıqdan sonra Qəbələnin Zarağan kəndindəki "Makromart" marketin adı "Bazarstore"a dəyişdirilmişdi.

Digər xəbərlər