Azərbaycanın regionlarında milli valyutada yerləşdirilən əmanətlər üzrə ən aşağı faiz dərəcələri açıqlanıb.
FED.az xəbər verir ki, banklarda milli valyutada qəbul edilən əmanətlər arasında ən aşağı gəlirlilik göstəriciləri olan regionlar da müəyyən edilib. Məlumatlara əsasən, həm ümumi portfel, həm cari hesablar, həm də müddətli əmanətlər üzrə fərqli iqtisadi rayonlar aşağı faizlərlə seçilib.
Ümumi portfel üzrə ən aşağı faizlər
Cəmi (ümumi portfel) üzrə ən aşağı faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb. Bu regionda orta faiz 3,93 faiz, əmanətlərin həcmi isə 55 milyon 52 min manat təşkil edib.
İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb. Burada faiz dərəcəsi 4,65 faiz, portfelin həcmi isə cəmi 765 min manat olub.
Üçüncü sırada Şirvan-Salyan iqtisadi rayonu yer alıb. Bu iqtisadi rayonda əmanətlər üzrə orta faiz 5,10 faiz, məbləğ isə 76 milyon 390 min manat təşkil edib.
Naxçıvan iqtisadi rayonunda ümumi portfel üzrə faiz dərəcəsi 5,26 faiz, əmanətlərin həcmi isə 79 milyon 375 min manat olub.
İlk beşliyi Qarabağ iqtisadi rayonu tamamlayıb. Bu regionda faiz 5,47 faiz, əmanət portfelinin həcmi isə 101 milyon 675 min manat səviyyəsində qeydə alınıb.
Tələb olunanadək əmanətlər üzrə ən aşağı faizlər
Tələb olunanadək (cari hesablar) üzrə ən aşağı faiz göstəricisi Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada faiz dərəcəsi 0,00 faiz, əmanətlərin məbləği isə 421 min manat olub.
Mil-Muğan və Qarabağ iqtisadi rayonları hər biri 0,13 faiz göstərici ilə ən aşağı faizli regionlar sırasında yer alıblar.
Növbəti sırada Lənkəran-Astara iqtisadi rayonu qərarlaşıb. Bu regionda cari hesablar üzrə faiz 0,15 faiz, əmanətlərin həcmi isə 59 milyon 274 min manat təşkil edib.
Quba-Xaçmaz iqtisadi rayonu üzrə orta faiz dərəcəsi 0,19%-ə bərabər olub. Əmanətlərin həcmi 60 milyon 15 min manat təşkil edib.
Müddətli əmanətlər üzrə ən aşağı faizlər
Müddətli əmanətlər üzrə ən aşağı faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb. Bu regionda orta faiz 10,02 faiz, əmanət portfelinin həcmi isə 21 milyon 142 min manat olub.
İkinci yerdə Bakı iqtisadi rayonu qərarlaşıb. Paytaxtda müddətli əmanətlər üzrə faiz 10,24 faiz, portfelin həcmi isə 5 milyard 755 milyon 982 min manat təşkil edib.
Üçüncü sırada Şərqi Zəngəzur iqtisadi rayonu yer alıb. Bu regionda faiz dərəcəsi 10,33 faiz, əmanətlərin məbləği isə 344 min manat olub.
Şirvan-Salyan iqtisadi rayonunda müddətli əmanətlər üzrə orta faiz 10,36 faiz təşkil edib.
Siyahını Dağlıq Şirvan iqtisadi rayonu tamamlayıb. Bu iqtisadi rayonda faiz dərəcəsi 10,37 faiz, əmanət portfelinin həcmi isə 27 milyon 999 min manat olub.









