Azərbaycanın regionlarında milli valyutada yerləşdirilən əmanətlərin gəlirlilik dərəcələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portal xəbər verir ki, banklarda milli valyutada yerləşdirilən müddətli əmanətlər üzrə faiz dərəcələri regionlarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olub.
Ümumi portfel üzrə ən yüksək faizlər
Ümumi (cəmi) portfel üzrə faiz göstəricilərinə Abşeron-Xızı iqtisadi rayonu başçılıq edir. Bu iqtisadi rayonda orta faiz dərəcəsi 7,82 faiz, əmanətlərin həcmi isə 505 milyon 189 min manat təşkil edib.
İkinci yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada əmanətlər üzrə orta faiz 7,16 faiz, portfelin həcmi isə 239 milyon 667 min manat olub.
Üçüncü pillədə Qazax-Tovuz iqtisadi rayonu yer alıb. Bu regionda faiz dərəcəsi 6,69 faiz, əmanətlərin məbləği isə 125 milyon 500 min manat səviyyəsində qeydə alınıb.
Bakı iqtisadi rayonunda milli valyutada yerləşdirilən əmanətlərin orta gəlirliliyi 6,63 faiz olub. Paytaxt üzrə əmanət portfelinin həcmi 9 milyard 211 milyon 650 min manat təşkil edib.
İlk beşliyi Quba-Xaçmaz iqtisadi rayonu tamamlayıb. Bu regionda faiz dərəcəsi 6,50 faiz, əmanətlərin həcmi isə 153 milyon 118 min manat olub.
Tələb olunanadək əmanətlər üzrə göstəricilər
Tələb olunanadək (cari hesablar) üzrə ən yüksək faiz Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Burada orta faiz dərəcəsi 1,29 faiz, portfelin həcmi isə 44 milyon 768 min manat olub.
Bakı iqtisadi rayonu bu kateqoriyada 0,62 faiz göstərici və 3 milyard 455 milyon 668 min manat həcm ilə ikinci yerdə qərarlaşıb.
Üçüncü sırada Gəncə-Daşkəsən iqtisadi rayonu yer alıb. Burada tələb olunanadək əmanətlər üzrə faiz 0,47 faiz, məbləğ isə 81 milyon 60 min manat olub.
Qazax-Tovuz və Şirvan-Salyan iqtisadi rayonları hər biri 0,37 faiz göstərici ilə dördüncü və beşinci yerləri bölüşüblər.
Müddətli əmanətlər üzrə liderlər
Müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsi Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Bu regionda orta gəlirlilik 10,66 faiz, əmanətlərin həcmi isə 77 milyon 33 min manat olub.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb. Burada müddətli əmanətlər üzrə faiz 10,62 faiz, portfelin həcmi isə 368 milyon 225 min manat təşkil edib.
Üçüncü pillədə Lənkəran-Astara iqtisadi rayonu yer alıb. Bu iqtisadi rayonda faiz dərəcəsi 10,60 faiz, əmanətlərin məbləği isə 84 milyon 207 min manat olub.
Quba-Xaçmaz və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 10,57 faiz səviyyəsində qeydə alınıb.









