Regionlar

Kredit portfelində regionların payı – TARİXİ REKORD VURDU

Kredit portfelində regionların payı – TARİXİ REKORD VURDU | FED.az
15:19 29 Okt 2018
Azərbaycan Mərkəzi Bankı 2018-ci ilin ilk ilin 9 ayında kredit portfelinin regionlar üzrə bölgüsünü açıqlayıb. FED.az hesabata istinadən xəbər verir ki, bu ilin oktyabr ayının 1-ə cəmi verilən kreditlərin həcmi 12 milyard 302 milyon 424,5 min manat olub.

Bunun 10 milyard 031,4 milyon manatı və ya 81,5% Bakı şəhərinin payına düşür. Bu son illər ərzində kredit qoyulaşlarında Bakı üzrə ən aşağı göstəricidir.

AMB-nin məlumatından aydın olur ki, ilin əvvəli ilə müqayisədə kredit portfelində Bakının payı azalıb. 2017-ci ilin sonuna olan hesabata görə, ölkə üzrə kreditlərin 83,1%-i Bakı şəhərində, 16,9%-i regionlarda verilmişdi. İndi isə ölkə üzrə kredit portfelində regionların payı 18,5%-ə yüksəlib.

2016-cı ilin nəticələrinə görə, regionların kreditlərdə payı 14,9%, 2015-ci ilin nəticələrinə görə isə 16,3% təşkil edib.

2018-ci ilin ilk 9 ayında kreditlərin ən çox verildiyi digər 3 region:
562,705 milyon manat və ya 4,58%-lə Aran iqtisadi rayonu,
498,623 milyon manat və ya 4%-lə Abşeron iqtisadi rayonu,
477 milyon manat və ya 3,9%-lə Gəncə-Qazax iqtisadi rayonudur.

Ən az kredit isə (296,9 min manat) ərazisi işğal altında olan Kəlbəcər-Laçın iqtisadi rayonuna verilib.

Digər bölgələr üzrə verilən kreditlərin həcimi aşağıdakı cədvəldə göstərilib.

 
Regionlar Verlən kreditin həcmi
Bakı şəhəri 10 031 372.5 min manat
Abşeron iqtisadi rayonu 498 623.4 min manat
Aran iqtisadi rayonu 562 705.2 min manat
Dağlıq Şirvan iqtisadi rayonu 68 662.8 min manat
Gəncə-Qazax iqtisadi rayonu 477 001.6 min manat
Quba-Xaçmaz iqtisadi rayonu 154 747.9 min manat
Lənkəran iqtisadi rayonu 202 906.2 min manat
Şəki-Zaqatala iqtisadi rayonu 154 019.8 min manat
Yuxarı Qarabağ iqtisadi rayonu 47 476.1 min manat
Kəlbəcər-Laçın iqtisadi rayonu 296.9 min manat
Naxçıvan iqtisadi rayonu 104 612.1 min manat
 
 

 

Digər xəbərlər