Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu iqtisadi rayonların siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, ölkə üzrə orta faiz dərəcəsi 14,07% olsa da, bəzi regionlarda bu göstərici xeyli yüksəkdir.
Renkinqə Dağlıq Şirvan iqtisadi rayonu başçılıq edir. Bu regionda kreditlər üzrə orta faiz dərəcəsi 19,94% (205 milyon 917 min manat) təşkil edir.
İkinci yerdə Qarabağ iqtisadi rayonu qərarlaşıb – burada göstərici 19,72% (524 milyon 483 min manat) olub.
Lənkəran-Astara iqtisadi rayonu 19,67% (704 milyon 111 min manat) ilə üçüncü sırada yer alıb. Mərkəzi Aran iqtisadi rayonunda da faiz dərəcəsi 19,67% (594 milyon 604 min manat) olub və dördüncü olub.
Siyahının ilk beşliyini Mil-Muğan iqtisadi rayonu 19,65% dərəcəsi (341 milyon 474 min manat portfel) tamamlayır.
Qeyd edək ki, ölkə üzrə verilmiş kreditlərin ümumi məbləği isə 29 milyard 403 milyon 857 min manat təşkil edib.










