Azərbaycanın regionları arasında kreditlərin ən ucuz olduğu iqtisadi rayonlar da məlum olub.
FED.az xəbər verir ki, ən aşağı faiz dərəcələri paytaxt və işğaldan azad edilmiş bəzi ərazilərdə qeydə alınıb.
Siyahıya Bakı iqtisadi rayonu başçılıq edir. Paytaxtda orta faiz dərəcəsi 12,72% (22 milyard 290 milyon 671 min manat) təşkil edir.
İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb – burada kreditlər 14,30% (23 milyon 76 min manat) dərəcəsi ilə təklif olunur.
Naxçıvan iqtisadi rayonu 15,23% (493 milyon 546 min manat) göstərici ilə üçüncü sırada yer alıb. Abşeron-Xızı iqtisadi rayonunda isə bu rəqəm 16,58% (1 milyard 190 milyon 827 min manat) olub və dördüncü olub.
Siyahının ilk beşliyini Şəki-Zaqatala iqtisadi rayonu (17,32% və ya 610 milyon 103 min manat portfel) tamamlayır.










