Azərbaycanda ən ucuz kreditlərin verildiyi regionlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ən ucuz kreditlərin verildiyi iqtisadi rayonların başında Bakı gəlir. Paytaxtda orta faiz dərəcəsi 12,91%, kredit portfeli isə 22 milyard 749 milyon 621 min manat təşkil edib.
İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb – burada orta faiz dərəcəsi 14,51%, həcm isə 24 milyon 414 min manat olub.
Naxçıvan iqtisadi rayonu 15,47% dərəcə ilə üçüncü sıradadır. Regionun kredit portfeli 494 milyon 216 min manat təşkil edib.
Dördüncü sırada Abşeron-Xızı iqtisadi rayonu yer alıb – burada orta faiz dərəcəsi 16,53%, kredit portfeli isə 1 milyard 215 milyon 330 min manat olub.
Beşinci pillədə Gəncə-Daşkəsən iqtisadi rayonu (17,88%) qərarlaşıb. Region üzrə kredit qoyuluşu 905 milyon 246 min manat təşkil edib.
Altıncı yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir – orta faiz dərəcəsi 17,92%, kredit portfeli 605 milyon 3 min manat olub.
Yeddinci sırada isə Quba-Xaçmaz iqtisadi rayonu (18,06%) yer alıb. Burada kredit qoyuluşunun ümumi həcmi 521 milyon 629 min manat təşkil edib.











