Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabr ayının 26-da Cəlilabad şəhərində vətəndaşları qəbul etməli idi.
FED.az xəbər verir ki, qurumun mətbuat xidməti bu görüşün təxirə salındığı haqda açıqlama yayıb. Xəbərdə deyilir ki, vətəndaşların qəbul tarixi dəyişdirilib. Lakin yeni vaxt hələlik açıqlanmayıb.
Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.