2024-cü ildə Azərbaycanda işsizlikdən sığorta müavinəti alanların sayı 4 min nəfərə yaxınlaşıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən ən yüksək göstərici paytaxt Bakının payına düşüb - 1 417 nəfər.
Bakıdan sonra ən çox sığorta ödənişi alan rayon Abşeron olub - 233 nəfər.
Sumqayıtda isə bu göstərici 196 nəfər olub.
Ağcabədi sığorta müavinəti alanların sayı 138, Bərdədə 122, Yevlax və Gəncədə 110 nəfər təşkil edib.
Zəngilan, Qubadlı, Kəngərli və Samuxda cəmi 1 nəfər, Kəngərlidə 2, Şərur və Balakəndə isə cəmi 3 nəfər olub.