Bu il ərzində ölkə ərzisinə ümumilikdə 3 milyard 467,7 milyon manat investisiya yatırılıb ki, bunun da 1 milyard 916,1 milyon manat investisya yatırımı edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Bakıdan sonra ən çox yatırım edilən rayon Xızı rayonu olub. Rayona ümumilikdə 229,2 milyon manat yatırım olunub.
Xızıdan sonra 123,7 milyon manat göstərici ilə Laçın rayonu gəlir.
Dördüncü pillədə Ağdam rayonu qərarlaşıb ki, rayona 3 ay ərzində 110,9 milyon manatdan çox vəsait yönəldilib.
Bundan başqa Zəngilan rayonuna 107,7 milyon manat, Qubadlı rayonuna 96,3 milyon manat, Şirvan şəhərinə isə 89,6 milyon manat investisiya yatırımı olunub.
Top onluğun son üçlüyünə Şuşa (88,2 milyon manat), Kəlbəcər (57,3 milyon manat) və Mingəçevir (53,2 milyon manat) daxildir.
Bu dövrdə ən az vəsait yönəldilən rayon isə Qax rayonu olub. Rayona 3 ay ərzində cəmi 109 min manat yönəldilib.
Bunadan başqa Yardımlı rayonuna 224 min manat, Qobustan rayonuna 295 min manat, Naftalan şəhərinə 329 min manat, Şabran rayonuna 574 min manat, Ağdərə rayonuna 673 min manat yatırılıb.
Göyçay rayonu 796 min manatla sondan 7-ci, Samux rayonu 871 min manatla 8-ci, Sədərək rayonu isə 957 min manatla 9-cudur.
Ümumilikdə 9 rayona yatırımların məbləği 11 milyon manatdan az olub.