Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin yeni baş memarını təyin edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, Niyazi Bayramov şəhərin Memarlıq və tikinti şöbəsinə Elxan Məmmədovu təyin edib.
İcra başçısı həmçinin bir müddət əvvəl boş qalan Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundovanı və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə isə Ramil Orucov təyin edib.
Xatırladaq ki, bu ilin avqust ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.