2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə işsizlikdən sığorta ödənişi alan şəxslərin sayı açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I yarısına Azərbaycan Respublikası üzrə cəmi 2 min 712 nəfər işsizlikdən sığorta ödənişi alıb.
Renkinqə ən çox işsizlikdən sığorta ödənişi alan şəxs sayı ilə 1 min 147 nəfərlə Bakı şəhəri başçılıq edir.
İkinci yerdə 134 nəfərlə Abşeron rayonu qərarlaşıb.
Sumqayıt şəhəri 119 nəfərlə üçüncü, Bərdə rayonu isə 82 nəfərlə dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Ağdam rayonu (80 nəfər), Gəncə şəhəri (73 nəfər), Yevlax rayonu (54 nəfər), Füzuli rayonu (48 nəfər), Lənkəran rayonu (46 nəfər) və Beyləqan rayonu (46 nəfər) yer alıb.










