2023-cü ilin sonuna Azərbaycanda mobil telefon abunəçilərinin sayı 69,9 min nəfər və ya 1% azalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata görə mobil telefon abunəçilərinin sayı ən çox Laçın rayonunda 50% və 5,3 min abunəçi sayı olmaqla artıb.
Cəbrayıl rayonunda 41% və ya 1,5 min nəfər, Xocavənd rayonunda isə 38% və ya 2,1 min artım baş verib.
Göründüyü kimi ən kəskin artıma görə ilk üçlükdə işğaldan azad edilmiş rayonılar dayanırlar.
Bərdə rayonunda artımın səviyyəsi 37% və ya 39,2 min, Zəngilanda 35% və ya 2,2 min abunəçi sayı təşkil edib.
Kəskin artımın olduğu kimi kəskin azalmanın olduğu rayonlar da var.
Belə ki, Füzuli rayonunda 2022-ci illə müqayisədə 35% (24,4 min abunəçi), Yardımlıda 34% (10,9 min abunəçi), Lerikdə 31% (10,8 min abunəçi) və Ağdam rayonunda isə 30% (24,9 min abunəçi) azalma baş verib.