Banner

Regionlar

Hansı rayon büdcəyə nə qədər pul ödəyəcək – SİYAHI, MƏBLƏĞLƏR

Hansı rayon büdcəyə nə qədər pul ödəyəcək – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
17:22 23 Noy 2018
Azərbaycanda  regionlar tərəfindən 2019-cu ildə büdcəyə ödəniləcək məbləğlər açıqlanıb. FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ildə regionlar tərəfindən büdcəyə 6 mlrd 458 mln 434 min manata ödəniləcək. Bu isə cari ilə nisbətən 2,38% azdır.

Cari ildə ödənilən  məbləğ isə 6 mlrd 615 mln 650 min manat olmuşdur.

ELƏCƏ DƏ BAX: Hansı rayona nə qədər pul ayrılacaq – SİYAHI, CƏDVƏL


2019-cu ildə 45 rayon tərəfindən büdcəyə pul ödənilməyəcək. Cari ildə bu göstərici 37 olmuşdur. Rayonlardan  büdcəyə ediləcək ən çox ödəniş Bakı - 6 mlrd 329 mln 384 min manat, Sumqayıt - 34 mln 807 min manat və Abşeron – 24 mln 765 min manat payına düşür. Ən az isə Qubadlı – 235 min manat, İsmayıllı 268 min manat  və Saatlı - 282 min manat rayonları tərəfindən ödəniləcək.

Cari ilə nisbətən 2019-cu ildə yalnız Abşeron, Ağcabədi və Hacıqabul rayonları tərəfindən büdcəyə ödənilən vəsaitin miqdarında artım olacaq.
 
Digər rayonlarda isə azalma müşahidə olunur. Büdcəyə ödəmələrdə ən böyük azalma Gəncənin ödəmələrində nəzərdə tutulur. 2018-ci ildə büdcəyə təqribən 12 milyon manat ödəməli olan Gəncə, 2019-cu ildə cəmi 6 milyon ödəyəcək, yəni təqribən 2 dəfə azalma.
Sumqayıtın büdcə qarşısında öhdəliyi isə 7,7 milyon manat azalaraq 42,5 milyon manatdan 34,8 milyon manata düşüb. Bu təqribən 18% azalma deməkdir.

Büdcə qarşısında ən böyük «güzəşt» Şəkiyə edilib. Şəkinin büdcəyə ödəmələri 3,4 dəfə azalaraq 3,75 milyon manatdan 1,1 milyon manata düşüb. İsmayıllının da ödənişləri 3,4 dəfə azalaraq 909 min manatdan 268 min manata enib.

Xaçmaz isə 2019-cu ildə büdcəyə 2018-ci illə müqayisədə 1 milyon manat az pul ödəyəcək.    

Saatlının öhdəlikləri 4 dəfə azalaraq 282 min manat enib, Sabirabadın büdcəyə ödənişləri isə 43,6% azalaraq, 2,9 milyon  manadan 1,6 milyon manata enib.

Lənkəran, Kürdəmir, Ağdaş, Qazax, Qusar, Şabran və Şamaxı rayonları 2018-ci ildə büdcəyə ödəniş etdikləri halda 2019-cu ildə ödəniş etməyəcəklər.
  
 

Sıra

Şəhər və rayonların adı

Rayonlardan büdcəyə veriləcək pullar

 

Şəhərlər:

2018-ci il

2019-cu il

1.

Bakı

6 456 973 000

6 329 384 000

2.

Gəncə

11 982 000

6 002 000

3.

Lənkəran

2 351 000

0

4.

Mingəçevir

8 948 000

7 153 000

5.

Naftalan

1 422 000

1 235 000

6.

Sumqayıt

42 476 000

34 807 000

7.

Şəki

3 752 000

1 113 000

8.

Şirvan

8 277 000

8 467 000

9.

Yevlax

8 456 000

7 089 000

10.

Xankəndi

 

 

 

Rayonlar:

 

 

11.

Abşeron

22 989 000

24 765 000

12.

Ağcabədi

190 000

328 000

13.

Ağdam

0

0

14.

Ağdaş

838 000

0

15.

Ağstafa

0

0

16.

Ağsu

0

0

17.

Astara

0

0

18.

Balakən

0

0

19.

Beyləqan

1 855 000

1 651 000

20.

Bərdə

0

0

21.

Biləsuvar

0

0

22.

Cəbrayıl

0

0

23.

Cəlilabad

0

0

24.

Daşkəsən

0

0

25.

Füzuli

0

0

26.

Gədəbəy

0

0

27.

Goranboy

0

0

28.

Göyçay

0

0

29.

Göygöl

0

0

30.

Hacıqabul

1 388 000

1 508 000

31.

Xaçmaz

7 572 000

6 531 000

32.

Xızı

0

0

33.

Xocalı

0

0

34.

Xocavənd

0

0

35.

İmişli

14 821 000

14 623 000

36.

İsmayıllı

909 000

268 000

37.

Kəlbəcər

0

0

38.

Kürdəmir

1 079 000

0

39.

Qax

0

0

40.

Qazax

339 000

0

41.

Qəbələ

8 036 000

6 987 000

42.

Qobustan

0

0

43.

Quba

5 006 000

4 364 000

44.

Qubadlı

454 000

235 000

45.

Qusar

198 000

0

46.

Laçın

0

0

47.

Lerik

0

0

48.

Masallı

700 000

0

49.

Neftçala

0

0

50.

Oğuz

0

0

51.

Saatlı

1 152 000

282 000

52.

Sabirabad

2 913 000

1 642 000

53.

Salyan

0

0

54.

Samux

0

0

55.

Siyəzən

0

0

56.

Şabran

137 000

0

57.

Şamaxı

437 000

0

58.

Şəmkir

0

0

59.

Şuşa

0

0

60.

Tərtər

0

0

61.

Tovuz

0

0

62.

Ucar

0

0

63.

Yardımlı

0

0

64.

Zaqatala

0

0

65.

Zəngilan

0

0

66.

Zərdab

0

0

 

Cəmi:

6 615 650 000

6 458 434 000

Digər xəbərlər

Banner